Ölkə 12:18 11.08.2019

İdarə rəisi əməliyyat olundu, narkozdan ayılmadı

Salyan Regional Qaz İstismarı İdarəsinin Salyan Xidmət sahəsi üzrə rəis müavini Rafiq Məhərrəmov bu gün 61 yaşında dünyasını dəyişib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, R.Məhərrəmov infarkt keçirdiyindən dünən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

O, əməliyyat olunsa da, narkozdan ayılmayıb.