Dünya 14:10 13.08.2018

İdlibdə çökən binada ölənlərin sayı 67 nəfərə çatıb

Ötən Suriyanın İdlib şəhərində 6 mərtəbəli binada baş verən və tikilinin çökməsi ilə nəticələnən partlayış nəticəsində ölənlərin sayı artıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Sərmada bölgəsində baş verən partlayışda həlak olanların sayı 67 nəfərə çatıb. Onlardan 35-i qadın və uşaqdır. Yaralıların sayının 50 nəfər olduğu bildirilir.

Gülşən