İdman 09:45 24.10.2013

İdmançımız dünya üçüncüsü oldu

 
Polşada ağır atletika üzrə keçirilən dünya çempionatında 69 kiloqramadək çəki dərəcəsində mükafatçıların adları bəlli olub.

APA-nın verdiyi məlumata görə, onların arasında azərbaycanlı idmançı da var. Firidun Quliyev 337 kq (143+194 kq) nəticə ilə bürünc medala sahib çıxıb.
 
Qızıl medalı çinli Lyao Huey (358 kq: 160+198), gümüş medalı isə rusiyalı Oleq Çen (340 kq: 160+180) qazanıb.


Qaynar.info