Foto 18:04 22.04.2018

II Dünya müharibəsindən qalan sığınacaqlar satılır (FOTOLAR)

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində müharibə dövründən qalan 69 sığınacaq satışa çıxarılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, satışa çıxarılan sığınacaqlar mədəniyyət mərkəzi, əyləncə məkanı kimi yerlərə çevrilir. Almaniyadakı bütün sığınacaqlar Federal Bölgə Təmsilçiliyi Agentliyinin nəzdindədir və 2007-ci ildən bəri satışa çıxarılır. Bu günə qədər 260-dan çox yer satılıb, bunlardan 107-si Şimali Reyn-Vestfaliyada yerləşir.

Berlin Düsseldorf, Frankfurt, Hamburq, Münhen kimi böyük şəhərlərdəki tikililərə milyonlarla avro qiymət qoyulur.

Federal Bölgə Təmsilçiliyi Agentliyinin sözçüsü Anya Kremzov bildirir ki, hazırda əllərində 120 tikili var və onlardan 69-u Şimali Reyn-Vestfaliyada yerləşir. Sığınacaqların bərpası üçün böyük məbləğ lazımdır.

Müharibə dövründə inşa edilən binaların qalınlığı 2 metrdir və bombaya dayanıqlıdır. Adolf Hitler və həyat yoldaşı Eva Braunun II Dünya Müharibəsi dövründə son aylarını keçirdikləri və 30 aprel 1945-ci il tarixində intihar etdikləri "Führerbunker" ən məşhur sığınacaqdır.

Gülşən