Siyasət 17:17 23.05.2013

II Yelizaveta İlham Əliyevi təbrik etdi

Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Yelizaveta Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı 28 May - Respublika günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Azərbaycanın milli bayramı 28 May - Respublika günü münasibətilə Zati-alinizi təbrik etməkdən böyük məmnunluq hissi duyur və qarşıdakı ildə dövlətinizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram".

Qaynar.info