Foto 16:38 10.02.2018

Çikaqoda həyat iflic oldu: 1400-dən çox reys təxirə salındı (FOTOLAR)

ABŞ-ın Çikaqo şəhərində başlayan qar fırtınası həyatı iflic edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, həftənin cümə axşamı başlayan qar 30 santimetrə çatıb. Bu gün və sabah da davam edəcək yağıntı səbəbindən qarın hündürlüyünün 45-50 santimetrə çatacağı proqnozlaşdırılır.

Şəhərdə qarın təmizlənməsinə 300-ə yaxın qarkürəyən texnika cəlb olunub. Yaxın əyalətlərdən Çikaqoya yük maşınları ilə duz daşınmasına başlanılıb.

Son illərin ən güclü qar fırtınası səbəbindən əhaliyə vacib olmadığı təqdirdə küçələrə çıxmamaları barədə xəbərdarlıq edilib. Şəhərdə bir sıra məktəb və iş yerlərində tətil elan edilib. Havanın pis keçməsi səbəbindən ictimai nəqliyyatda problemlər meydana gəlib.

Çikaqo hava limanında 1400-dən çox reys təxirə salınıb.