Ölkə 14:31 14.10.2018

İki avtomobil ötüşdü, cərimə başqasına yazıldı

Bir-birlərinə yol verməyən iki inadkar sürücüdən biri parkinq vəziyyətində olan yük maşını ilə digər maşının arasında qalıb.

Qaynarinfo xəbər verir ki, hadisə İstanbulun Beşiktaş səmtində baş verib. Belə ki, bir-birlərinə yol verməyən sürücülər avtomobilləri bir müddət yanaşı sürüblər, lakin parkinq vəziyyətində olan yük maşınına fikir vermədikləri üçün sözügedən hadisə baş verib.

Minik avtomobilinin arada qaldığını digər sürücü yük maşınının saxlayıb. Sürücünün köməyinə ətrafdakı insanlar gəlib.

Şok keçirən qadın sürücü müayinə üçün xəstəxanaya göndərilib.

Polis faktla bağlı ərazidə araşdırma aparır. Parkinq halında olan yük maşınının sürücüsü avtomobilini qanunsuz yerdə saxladığı üçün cərimələnib. Digər yük maşınının sürücüsünün isə ifadəsi alınıb.