İki bacı eyni anda general oldu (FOTOLAR)

İki bacı eyni anda general oldu (FOTOLAR)

ABŞ-da iki bacı eyni anda general rütbəsi alıb.

Qaynarinfo ABC News-a istinadən xəbər verir ki, ordunun 244 illik tarixində daha əvvəl valideynlər və övladları, qohumlar, həyat yoldaşları, qardaşlar eyni anda yüksək hərbi rütbə əldə edib. Lakin iki bacının eyni anda general rütbəsi alması faktına ilk dəfə rast gəlinir. Belə ki, Mariya Lodi Barrett general-mayor, kiçik bacısı Paula Lodi briqada generalı vəzifələrini daşıyır.

Qeyd edək ki, ABŞ ordusunda hazırda 417 qadın general xidmət edir.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR