Xəbər lenti

İdman 16:40 09.01.2018

İki Bundesliqa klubu Mahir Mədətovu istəyir (AÇIQLAMA)

"Hazırda Bundesliqanın iki köklü komandasından transfer təklifi almışam. Hələ ki, xəbər gözləyirəm. Yanvarın 15-ə qədər hər şey məlum olacaq".

Qaynarinfo xəbər verir ki, bu sözləri publika.az-a "Qarabağ"ıngənc hücumçusu Mahir Mədətov deyib. O, Bundesliqa təmsilçisi olan iki komandadan daha ciddi təklif aldığını gizlətməyib. 

Mahir "Beşiktaş"a transfer olunacağı ilə bağlı xəbərlərə toxunaraq bunun uydurma olduğunu vurğulayıb: "Beşiktaş"a transfer olunmağım barədə heç özümün də xəbərim yoxdu. Sadəcə bunu düşünürəm ki, ola bilsin "Qarabağ"a bu barədə müraciət ediblər. Ancaq şəxsən mənə müraciət olunmayıb. Çox vaxt belə uydurma xəbərlər yayılır və mən buna çox üzülürəm. Məndən öncə isə məşqçim üzülür. Onun da belə yersiz iddialardan xoşu gəlmir. Belə yanlış xəbərlərlə xal qazanmaq doğru deyil".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->