İdman 13:52 10.12.2018

İki rusiyalı futbolçu Azərbaycan millisində

Rusiyanın "Krasnodar” klubunun daha iki oyunçusu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisində çıxış etməyə razılıq verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report”a açıqlamasında yığmanın baş məşqçisi Vüqar Məmməd bildirib. 

V.Məmmədin sözlərinə görə, bunlar Azərbaycandan Rusiyaya köçən ailələrin övladları olan Sergey PetersonRuslan Pidlisnyakdır. 2001-ci il təvəllüdlü futbolçular müvafiq olaraq yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edirlər.

İndiyə qədər Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarına çağrılan hər iki oyunçu millinin növbəti toplanışına dəvət alacaq.

Qeyd edək ki, bunadək "Krasnodar”ın gənclər komandasından hücumçu Ruslan Ərzumanov Azərbaycanın U-19 yığmasına çağırılıb. Bu futbolçu da növbəti toplanışda yer alacaq.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!