Dünya 20:48 13.01.2018

İki şəhərin təzadlı hekayəsi: Nyu York donur, Sidney yanır

ABŞ-ın Nyu York və Avstraliyanın Sidney şəhərlərindəki temperatur fərqləri sosial mediada müzakirə mövzusuna çevrilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Nyu Yorkda son 80 ilin ən sərt qışı müşahidə olunur. Temperatur -13 dərəcəyə qədər enib. Con Kennedi Havalimanında çox sayda uçuş təxirə salınıb, insanlar qısa məsafə qət etmək üçün belə saatlarla gözləməli olurlar. Bəzi bölgələrdə temperatur hətta -50 dərəcəyə qədər enib. Xüsusilə ölkənin şimal-şərq bölgəsində aktiv olan soyuq və qarlı hava həyatı iflic edib. Floridaya uzun müddət sonra qar yağıb. 

Bu müddətdə isə Avstraliyada şiddətli istilər müşahidə olunur. Sidneydə temperatur 40 dərəcəni keçib, hətta 47 dərəcəyə qalxıb. Yardım təşkilatları küçələrdə insanlara su paylayırlar. İsti hava səbəbilə Sidney Beynəlxalq Tennis Yarışı təxirə salınıb.

Gülşən