Dünya 10:53 04.05.2013

İkibaşlı müəllimə - FOTOLAR




Ebbi və Britanni Henzel Siam əkizləri məktəbdə işə düzəliblər. Əkizlərin iki ürəyi, iki ağ ciyəri, ümumi qara ciyəri, bağırsağı, sidik kisəsi və döş qəfəsi var. Ebbinin boyu 157, Britanninin boyu isə 147 santimetrdir. Qızlar Britanni barmaqları ucuna qalxdıqdan sonra gəzə bilirlər.

"Şübhəsiz ki, biz fərqlənirik. Bacım gəzməyi xoşlasa da, mən evdə oturmağa üstünlük verirəm. Mən Britannidən fərqli olaraq hündürlükdən qorxmuram", - deyə Ebbi bildirir. Məktəbdə isə onlar ayrı-ayrılıqda məvacib alırlar.

Əkizlərin işlədiyi məktbəin direktoru Pol Qud da onların uşaqlar üçün yaxşı bir nümunə olduqlarını düşünür.

ANS PRESS