Ölkə 18:57 16.01.2018

İlahə Fəda ağladı: "Dayana bilmirəm, bülbülüm qəfəsdədir"

Hazırda həbsxanada olan müğənni Fədayə Laçının bacısı İlahə Fəda ailə durumlarının ağır olduğunu deyib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, "Səni axtarıram" verilişinə qonaq olan sənətçi bildirib ki, restoran müdirləri onu tədbirlərdən uzaqlaşdırır. Bacısından söz açan İlahə göz yaşlarını saxlaya bilməyib:

"Fədayənin kriminal aləmlə əlaqəsi və həbs olunması məni bu günə qoyub. Bacımı qınayanlara demək istəyirəm ki, səbəbi araşdırsınlar. Bacımdan utanmıram. Bilirəm ki, özü getməyib. Səbəbkarlar olub. Dayana bilmirəm, bülbülüm qəfəsdədir (ağlayır). Fədayə elə gözəl şeirlər yazır. Neçə il əvvəl ağır depressiyada idim. Fədayə mənə şeir yazdı. 31 dekabr günü məni cənub bölgəsində şou-proqrama çağırmışdılar. Hazırlaşıb yola düşəndə zəng etdilər. Administrator deyir ki, müdir sizin adınızı görəndə söylədi ki, "Onu çıxarın, bizə problemli adam lazım deyil". Mənim nə problemim olub? Anam 33 yaşından xəstədir, indi nələr çəkir bilirsiz?".

İ.Fəda müğənni Tacir Şahmalıoğlu ilə bağlı sualları cavablandırıb. İfaçı bildirib ki, bir vaxtlar bacısına dost olanlar indi onları yada salmır:

"Deyir ki, Fədayənin müəllimiyəm. Fədayənin müəllimi Azərbaycanın möhtəşəm oxuyanlarıdır. Biz Şövkət, Zeynəb xanıma qulaq asmışıq. Mən də ona deyirəm "Yaxşı müəllimlik etmisən ki, indi həbsdədir". Tacir bizə yığıb heç nə demədi. Yaxşıda kı, bizə zəng etmədi. 

Fədayənin heç kimi yox imiş. Bir neçə sənət dostumuzdan başqa kimsə bizi yada salmadı. Bizə qohumlar kömək edirlər. Əvvəl deyirdilər "Fədayə kişi kimidir, dostumuzdur, əmimiz qızıdır". İndi hanı onlar?".