Dünya 09:51 08.08.2018

İlanlar kitabxanaya hücum etdi

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Corctaun kitabxanası ilanların hücumuna məruz qalıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ilanların haradan gəldikləri və binaya necə daxil olduqları bilinmir. Kitabxana təhlükəsizlik səbəbilə karantin ərazi elan olunub və dərmanlama prosesi həyata keçirilib. 2 günlük prosesdən sonra kitabxanada yalnız 1 ölü ilan tapılıb və digərlərinin hara yoxa çıxdığı bilinmir.

Qeyd edək ki, günlərlə davam edən yağışlardan sonra ərazidəki ev və iş yerləri ilanların hücumlarına məruz qalıb.

Gülşən