Ölkə 11:54 11.09.2017

İlham Əiyev Lapşini əfv etdi

Prezident İlham Əiyev Aleksanr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

"Qaynarinfo" xəbər verir ki, sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

I. 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Qaynarinfo.Az