Ölkə 17:57 19.04.2018

İlham Əliyev andiçmədən sonra ilk rəsmi səfərini gerçəkləşdirəcək

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

Qaynarinfo xəbər verir ki, yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, səfər aprelin 25-nə planlaşdırılır.

Səfər çərçivəsində qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, bu, İlham Əliyevin andiçməsindən sonra ilk rəsmi səfəri olacaq.