Ölkə 15:05 25.01.2020

İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verdi

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.