Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, sərəncamla xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Salmanov Səxavət İbrahim oğlu – general-mayor
Əliyev Azad Hüseyn oğlu – polkovnik

"Hərbi xidmətlərə görə” medalı ilə
Qarayev Natiq Sahib oğlu – polkovnik
Hüseynov Anar Rövşən oğlu – polkovnik-leytenant
Hüseynov Fuad Qəşəm oğlu – polkovnik-leytenant
Mirzəyev Vüqar Mirzə oğlu – polkovnik-leytenant
Zamanov Sultan Valeh oğlu – polkovnik-leytenant
Abbasov Elşən Kamran oğlu – mayor
Ağayev Rahim Əlifağa oğlu – mayor
Cəfərov Elməddin Qulu oğlu – mayor
 
Prezident başqa bir sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsisi Arzu Yusif oğlu Rəhimovu Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.