Siyasət 14:51 28.05.2018

İlham Əliyev: "Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir"

"Azərbaycan Xalq Cümhiriyyətimin yaranması mühüm hadisə idi".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti iiə təbrik edib. Prezident İlham Əliyev vurğulayıb ki, xalqımız müsəlman şərqində ilk respublikanın yaranması ilə haqlı olaraq fəxr edə bilər: "Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, azadlıqsevər və mütərəqqi xalqdır".

Prezident dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə hörmətlə yanaşdığını, onların adlarının əbədiləşdirildiyini, bir neçə il öncə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldığını, 2018-ci ilin isə ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunduğunu bildirib.

Dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu xalqımızın böyük faciəsi adlandırıb: "Müstəqillik əldən verilməsə idi, indi Azərbaycan dünyanın ən zəngin ölkələri sırasında ola bilərdi" deyən İlham Əliyev vurğulayıb ki, bu bir daha müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən çətin olduğunu göstərir.

"Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir" deyə İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, sosial dövlət olan Azərbaycanda son illər bu sahədə görülən işlər, icra olunan infrastrultutr layihələri bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilir: "Məhz Azərbaycanın təşəbbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sahəsində dənizlər nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub qaz dəhlizinin icrası, şimal-cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəminiz uzunmüddətli inkişaf strategiyası təmin olunub".

Ölkəmizin dünyada multikultiralizmin mərkəzlərindən biri kimi tanındığını, Azərbaycanın dünyanın idman ölkəsinə çevrildiyini, idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiyini deyən prezident İlham Əliyev vurğulayıb ki, bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir. 

"Cümhuriyyətin qurucuları bunu görsə idilər onlar da ölkəmizlə fəxr edərdilər" deyən dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycan xalqının taleyi öz əlindədir: "Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünlkü Azərbayacn bir daha onu göstərdi ki, müstəqilliyimiz ən böyük sərvətimizdir, ən büyük xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir".