Xəbər lenti

Ölkə 19:33 23.01.2013

İlham Əliyev bp-nin sədri ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Davosda bp şirkətinin sədri Karl-Henrik Svanberq ilə görüş keçirib.

Qaynar.info Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olunub. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığımızın uğurla həyata keçirildiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->