Siyasət 12:24 24.11.2017

İlham Əliyev Brüsseldə "Şərq tərəfdaşlığı" sammitində

Bu gün Brüsseldə V "Şərq tərəfdaşlığı" sammiti öz işinə başlayıb.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edir.
 
"2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider iştirakını təsdiqləyib.

Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.

Qeyd edək ki, 2009-cu ildən yaradılmış "Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

Xəbər yenilənir...