Ekonomiks 18:44 30.06.2014

İlham Əliyev bu rayona 2 milyon ayırdı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Ağstafa şəhərində Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırlıb.

Ağstafa rayonunda son illərdə tarixi abidələrin bərpası və qorunması, yeni mədəniyyət obyektlərinin tikintisi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Keşikçidağ Dövlət tarixi mədəniyyət qoruğu yaradılmış, Gənclər Mərkəzi, Kitab Abidə Kompleksi, Yazıçılar evi inşa edilmiş, Səməd Vurğun, Tarixi və müasir abidələr parkları salınmışdır.

Qaynar.info