Siyasət 10:35 18.01.2018

İlham Əliyev Davos forumunda çıxış edəcək

Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi forumuna qatılacaq.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı "Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək.

Müzakirələrin yanvarın 23-ü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Davos forumu yanvarın 23-26-da keçiriləcək.