Ölkə 13:00 24.11.2017

İlham Əliyev deputatla bağlı sərəncam verdi

Prezident İlham Əliyev deputat Madər Musayevlə bağlı sərəncam verib.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Madər Ələsgər oğlu Musayev ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, iki gün sonra M.Musayevin 70 illik yubileyidir.