Foto 11:16 10.12.2018

İlham Əliyev FIDE prezidentini və türk naziri qəbul edib (FOTOLAR)

Prezident İlham Əliyev dekabrın 10-da Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı bu gün həmçinin Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.