Video 11:14 16.03.2018

İlham Əliyev Heydər Əliyevlə Putinin ilk görüşündən danışdı (VİDEO)

"Heydər Əliyevlə Vladimir Putinin ilk görüşü çox uzun çəkdi və görüşdən sonra atam mənə Putinin onda yaratdığı təəssüratdan danışdı".

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Putin” sənədli filmi üçün jurnalist Andrey Kondraşova müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Əlbəttə ki, onları çox şey birləşdirirdi. Onlar bir məktəbdə oxuyublar - Leninqradda Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində. Bir-birini çox yaxşı başa düşürdülər”, - deyə Azərbaycan prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyevin fikrincə, "Azərbaycan Putinin simasında etibarlı tərəfdaş qazanıb”.