Prezident İlham Əliyev Tofiq Hüseynova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Tofiq Vaqif oğlu Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.

Prezident başqa bir sərəncamla Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə Şəmsəddin Səftər oğlu Heydərova "Əməkdar həkim” fəxri adı verib.