Ölkə 16:51 23.10.2019

Prezident iki nəfəri "Əmək" və "Şöhrət" ordeni ilə təltif etdi

Prezident İlham Əliyev akademik Akif Əlizadəni "Əmək” ordeni ilə, Lyudmila Semyonovna Duxovnayanı isə "Şöhrət” ordeni ilə təltif edib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat xidməti bu barədə məlumat verib.

Sərəncamlarda bildirilir:

1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasında elmin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi oğlu Əli Zadə 1 ci dərəcəli "Əmək” ordeni ilə təltif edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2019-cu il.


2. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Lyudmila Semyonovna Duxovnaya "Şöhrət” ordeni ilə təltif edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2019-cu il.