Foto 08:30 24.04.2019

İlham Əliyev Çinə işgüzar səfərə yollanıb (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşılayıblar.