Ölkə 11:47 08.10.2018

İlham Əliyev Mark Şnayeri qəbul etdi

Prezident İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

Qaynarinfo xəbər verir ki, Mark Şnayer İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunub, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi qeyd olunub.