Sənət 19:12 28.12.2017

İlham Əliyev mədəniyyət xadimlərini mükafatlandırdı

Prezident İlham Əliyev Rauf Babayevin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, R. Babayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Flora Qasımova da "Şöhrət” ordeni ilə təltif olunub.

Əlavə olaraq, İlham Əliyev Salxab İsa oğlu Məmmədovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. S. Məmmədov Azərbaycanda rəssamlıq sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə təltif edilib.