"İqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərimizdən biridir. Və biz bu sahədə uğur qazanmışıq".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda "Strateji Baxış: Avrasiya" panel sessiyasında deyib.

"Nefti, qazı unutmalıyıq. Onlar nə vaxtsa tükənəcək. Gələcək yaxşı idarəetmədə, şəffaflıqda, sahibkarlığın dəstəklənməsindədir", - deyə ölkə Prezidenti bildirib.
Prezident İlham Əliyev Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi sahəsində ciddi islahatlar həyata keçirdiyini və bunun artıq nəticə verdiyini vurğulayıb.

Azərbaycan Prezidenti ölkədə həyata keçirilən enerji və nəqliyyat layihələri barədə danışıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttini xatırladan dövlət başçısı BTQ-nin reallaşması regionun yeni nəqliyyat xəritəsinin yaratdığını qeyd edib.