Ölkə 21:53 18.07.2018

İlham Əliyev prezidenti və qızını təltif etdi

Prezident İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanın "Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə İtaliya prezidenti Sercio Mattarella "Heydər Əliyev” ordeni ilə təltif edilib.

İlham Əliyev Laura Mattarellanın "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
 
Laura Mattarella Azərbaycan ilə İtaliya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib. O, İtaliya prezidenti Sercio Matarellanın qızıdır.
 
Azərbaycan prezidenti başqa bir sərəncaml İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi Azərbaycanla İtaliya arasında münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə "Dostluq” ordeni ilə təltif edilib.