Siyasət 14:13 21.07.2017

İlham Əliyev Putinlə görüşəcək

Bu gün Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti Ilham Əliyev arasında görüşü keçiriləcək.

"Qaynarinfo" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, prezidentlər arasında görüş Soçidə baş tutacaq:

"Bu gün axşam Soçidə Prezident Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə işgüzar görüşü olacaq".

Qaynarinfo.Az