Ölkə 20:40 26.12.2017

İlham Əliyev Rusiyada işgüzar səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gedib.
 
Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün "Novo-Oqaryovo” dövlət iqamətgahına gedib.
 
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi salamlayıb.