Siyasət 17:59 06.12.2018

İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib

Dekabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısını Sankt-Peterburq şəhərindəki Pulkova-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşılayıblar.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!