Siyasət 15:48 04.11.2013

İlham Əliyev Sarkisyanla görüşəcək


“Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşünün ilin sonunadək keçirilməsi planlaşdırılır”.
 
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib. Həmsədr bu gün Azərbaycan prezidenti ilə keçirdikləri görüşdə müzakirə olunan məsələlərdən birinin də bu olduğunu açıqlayıb.
 
İ. Popov deyib ki, Azərbaycan prezidenti belə bir görüşün keçirilməsinə razılıq verib: “Həmsədrlər bu gün İrəvana yola düşəcəklər. Orada bu məsələni Ermənistan prezidenti Serj Sarkisyanla müzakirə edəcəyik. Ermənistanda bu məsələ müzakirə olunandan sonra rəsmi bəyanat yayılacaq. Biz ümid edirik ki, görüş ilin sonunadək keçirilə bilər”.
 
Görüşün hansısa tədbir çərçivəsində planlaşdırılması barədə suala rusiyalı həmsədr “Biz hazırda bunun üzərində işləyirik”,  - deyə cavab verib.

Qaynar.info