İdman 17:55 18.12.2017

İlham Əliyev Tahir Gözəl və Fərid Qayıbovu təltif etdi (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Gözəl Tahir Abdolbari oğlu
Qayıbov Fərid Fazil oğlu
Məmmədov Elxan Salhab oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Axundzadə Ağayar Əbdüləzim oğlu
Babayev Nağı Məcidoviç
Davudov Vaqif Cəlil oğlu
Əhmədov Kamal Məhəmməd oğlu
Əliyev Qərib Tələt oğlu
Hüseynov Firat Alışan oğlu
Meftahəddinova Zemfira Əli qızı

"Əməkdar jurnalist”

Şirəliyev Aslan Bəybala oğlu

"Əməkdar həkim”

İsgəndərov Kamil Vəliyullah oğlu

Bundan başqa, prezident Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün verilməsi barədə də sərəncam imzalayıb.