Foto 22:35 19.07.2018

İlham Əliyev “Total” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü (FOTO)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Parisdə "Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.

Görüşdə "Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəzərin Azərbaycan sektorundakı "Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində "Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olunub.