Siyasət 18:29 17.10.2018

İlham Əliyev xanım baş konsulu geri çağırdı

Prezident İlham Əliyev bu gün daha bir sərncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Aydan Atif qızı Rzayevanı Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırıb.

Qeyd edək ki, Aydan Rzayeva 1969-cu ildə Bakı şəhərində anadan olub. 1986-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dillər Universitetinə daxil olub. Təhsilini müvəfəqqiyyətlə başa vurduqdan sonra ailə həyatı qurub və Avstraliyaya köçüb. Əvvəllər ailəsilə birgə Pert şəhərində tikinti sektoru üzrə ixtisaslaşmış özəl şirkətdə çalışıb və həmin şirkətin sahibi olub. O, eyni zamanda Avstraliyada diaspor fəaliyyətilə məşğul olub. 10 iyun 2016-cı ilı tarixində İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu təyin edilib. İki övladı var.