Ölkə 14:52 17.05.2013

İlham Əliyevə Quran hədiyyə edildi

Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. 

ANS PRESS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. 

Mərasimdə iştirak edən Qafqaz xalqlarının müftiləri, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri dövlət başçısını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev qonaqlarla görüşüb. Cümə məscidi ilə yaxından tanış olan dövlətimizin başçısına burada görülmüş işlər barədə məlumat verilib.

Dövlət başçısı Cümə məscidinin 1902-ci il zəlzələsindən sonrakı, təmirdən əvvəlki və sonrakı, eləcə də yenidənqurma işlərinin gedişini əks etdirən stendlərə baxıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dini abidələrimizin qorunub saxlanılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və “Qurani-Kərim” hədiyyə edib.

Qaynar.info