Ölkə 13:31 05.01.2013

İlham Əliyevin mühafizəçisi qəzada öldü

Dünən saat 19 radələrində Bakı-Quba yolunda daha bir ağır yol qəzası baş verib.

Qaynar.info-nun AzNews.az-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyevin şəxsi mühafizə xidmətinin əməkdaşı Validə Abdullayeva ailəsi ilə birlikdə yol qəzasına düşüb.

Məlumata görə, qəzaya uğrayan “Prado” markalı avtomobili onun həyat yoldaşı idarə edirmiş. Qəza nəticəsində avtomobildə olanların hamısı xəsarət alıb.

V.Abdullayeva isə dünyasını dəyişib.