Dövlət başçısı İlham Əliyevin azyaşlı nəvələri film təqdimatına qatılıblar. ANS PRESS-in məlumatına görə, Leyla Əliyeva oğlanları Əli və Mikayıl ilə birlikdə IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 8 möcüzəsi" adlı xüsusi layihəsi çərçivəsində hazırlanan və "Şirvan Milli Parkı"ndan bəhs edən filmin təqdimata qatılıb.
Mərasimin keçirildiyi "Nizami" Kino Mərkəzində Beynəlxalq Qız Qalası Festivalı çərçivəsində hazırlanan ceyran maketləri və "Şirvan Milli Parkı" filminin rejissoru İqor Bışnyovun çəkiliş zamanı lentə aldığı fotolar sərgilənib.
Layihə çərçivəsində Ağgöl, "Zəngəzur", Altıağac, Hirkan, Abşeron, Şahdağ və Göygöl Milli parkları barədə filmlərin çəkilişi də nəzərdə tutulub.
Qaynar.info
Şərhlər