Siyasət 15:30 11.08.2019

İlham Əliyevlə Həsən Ruhani Soçidə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə görüşəcək.

Qaynarinfo "RİA Novosti" yə istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili məlumat verib.

Ruhani Soçidə baş tutacaq Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində İlham Əliyev və Vladimir Putinlə təkbətək görüş keçirəcək. İran Prezidenti hər iki ölkədən olan həmkarı ilə görüşdə ikitərəfli münasibətlərin ən vacib məsələlərini müzakirə edəcək.

Həmçinin Soçi sammitin nəticələrinə əsasən birgə bəyanat qəbul olunacaq.