Siyasət 14:42 15.09.2018

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub (FOTO)

Azərbaycan prezidenti İlham Əliyevin bu gün Bakıya səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.

Qaynarinfo xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olunub.

Türkiyə prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edilib. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.