Maqazin 22:07 14.04.2018

İlhamə Quliyevanın bacısının əməkdar artistə nə qədər borcu var?

Əməkdar artist Firuzə İbadova bütün pullarını borc verdiyini, amma geri ala bilmədiyini söyləyib. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "O Başdannan" proqramında deyib. O bildirib ki, bu hadisədən uzun illər keçib:

"Verəndə dedilər ki, 1 aya qaytaracağıq. Üç il keçib, amma qaytarmırlar. 50 min verməlidirlər".

Qeyd edək ki, F.İbadova mərhum xalq artisti İlhamə Quliyevaya da borc pul verdiyini demişdi. Müğənni indi İ.Quliyevanın bacısı Gülbaharın ona 7 min manat borcu olduğunu söyləyib.