Foto 13:59 19.05.2018

"İlin toyu"ndan ilk görüntülər (FOTOLAR)

Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Markl bu gün evlənir.

Qaynarinfo xəbər verir ki, nikah Bakı vaxtı ilə saat 15:00-da Kantenböri baş yepiskopu Castin Velbinin rəhbərliyi ilə Müqəddəs Corc kilsəsində baş tutacaq. Kilsədəki mərasim keşiş Deyvid Konnor tərəfindən idarə ediləcək. Nikahdan sonra cütlük "Castle Hill", "High Street", "Sheet Street", "Kings Road", "Albert Road" və "Long Walk"dan keçərək "Windsor" qalasına geri qayıdacaq. 

İlin toyunu gözləyən yüzlərlə insan gecəni qalanın ətrafında keçirib. 

BBC və çox sayda dünya kanalı nikahı canlı yayımlayacaq. 

Qeyd edək ki, kilsədəki mərasimə 600 nəfər dəvət edilib. Daha sonra "Frogmore House"da baş tutacaq ziyafətə isə 200 nəfər qatılacaq. 

Gülşən