İlk dərs günündə sinif otağının tavanı çökdü (FOTO)

İlk dərs günündə sinif otağının tavanı çökdü (FOTO)

Goranboyun Boluslu kəndində yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb. 

Qaynarinfo "Yeni Sabah”a istinadən xəbər verir ki, hadisə ilk dərs saatında 2-ci siniflərin dərs aldığı sinif otağında baş verib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Valideynlər bildirib ki, hadisə baş verən məktəb qəzalı vəziyyətdədir. Həmin məktəb 1967-ci ildə istifadəyə verilib.

XƏBƏRLƏR
BLOGLAR