Foto 15:32 11.04.2018

İlk səsini 18 yaşında həbsxanada verdi (FOTO/VİDEO)

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssislərində də prezident seçkiləri ilə bağlı səsvermə keçirilir.

Qaynarinfo xəbər verir ki, "Qafqazinfo"nun əməkdaşı bununla bağlı xidmətin 1, 4, 6 və 15 saylı cəzaçəkmə müəssisələrinə və PX-nın Mühafizə Alayına baş çəkib. 

18 yaşlı, səsvermə hüququnu ilk dəfə qazanan məhkum 4 saylı CM-də səs verib.

Xidmət aparan növbətçilər və hərbi qulluqçular da səsvermədə iştirak edirlər.