Foto 16:13 27.04.2018

İlkin Hacıyev: "Əlincə"nin məqsədi ölkəmizə istedadlı futbolçular bəxş etməkdir" (FOTO/VİDEO)

AFFA-nın aşağı yaş qruplarından ibarət keçirdiyi çempionatın U-11 liqasında finala vəsiqə qazanmış "Əlincə” komandasının baş məşqçisi İlkin Hacıyev newsport.az-a açıqlama verib.

Qaynarinfo xəbər verir ki, baş məşqçi komandanın son durumu və çempionat haqda danışıb:

"Azərbaycan çempionatında iki il ard-arda final mərhələsinə vəsiqə əldə etmişik. Ötən mövsüm komanda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bu mövsümdə finala vəsiqə qazandıq. Bu da onun göstəricisidir ki, klub düzgün yoldadır. Uşaq futbolunda meydanı yalnız, qələbə ilə tərk etməliyik deyə düşünmək yalnışlıq olar. Sadəcə olaraq, qalib gəlmək onlara stimul verir və gələcək uğurları üçün böyük tövhədir. "Əlincə” futbol klubunun rəhbərliyi və bizim əsas məqsədimiz, Azərbaycan futboluna istedadlı futbolçular bəxş etməkdir”.